Menu

“Nə Ukrayna, nə də Rusiyanın başqa şeçimi yoxdur” - Tramp hər iki tərəfi masaya oturdacağını bəyan etdi

07.03.2025, 10:45
“Nə Ukrayna, nə də Rusiyanın başqa şeçimi yoxdur” - Tramp hər iki tərəfi masaya oturdacağını bəyan etdi

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, həm Ukrayna, həm də Rusiya onun tələbləri qarşısında sülh bağlamaqdan başqa seçim yoluna malik deyillər.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, D.Tramp Ağ Evdə jurnalistlərin qarşısında Ukraynanın Rusiya ilə sülh razılaşması əldə etməkdən başqa yolunun qalmayacağını deyib: “Düşünürəm ki, Ukrayna razılığa gəlmək istəyəcək, çünki onların seçiminin olmadığını düşünürəm”.

O, həmçinin Rusiyanın da bu müqaviləyə girməyə məcbur olacağını bəyan edib: “Mən hesab edirəm ki, Rusiya da razılaşmaq istəyir, çünki müəyyən başqa üsulla - yalnız mənim bildiyim üsulla – onların başqa seçimi yoxdur”.

Tramp həmçinin deyib ki, amerikalı müzakirəçilər “son bir neçə gündə Ukrayna və Rusiya ilə xeyli irəliləyiş əldə ediblər”.

Bundan əlavə, o, Putin və Zelenski ilə danışıqlar üçün Səudiyyə Ərəbistanına gedib-getməyəcəyini hələlik müəyyənləşdirmədiyini qeyd edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol