Menu

Taliban Pakistanda 100-dən çox girov müəllim və şagirdi öldürdü

16.12.2014, 14:10
Taliban Pakistanda 100-dən çox girov müəllim və şagirdi öldürdü

Pakistanın Peşavər şəhərində silahlı şəxslər girov götürdüyü tələbə və müəllimlərin 100-dən çoxunu öldürüb. Musavat.com-un məlumatına görə, 104 nəfərin öldüyü, 80-dən çox adamın yaralandığı bildirilir. Pakistanlı komandirlər də hadisə yerinə gəlib. Hücum edilən hərbi məktəbin Pakistanda ordu tərəfindən idarə olunan 146 məktəbdən biri olduğu bildirilir. Məktəbdə 10-18 yaş arası şagirdlər təhsil alır.

Qeyd edək ki, bu gün üstlərində bomba olan 6 nəfər "Taliban" hərəkatının üzvü hərbi məktəbə girərək qarşılarına çıxan adamlara atəş açıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol