Menu

Çərşənbə tonqalında yanan azyaşlı xəstəxanada ölüb

08.03.2025, 10:31
Çərşənbə tonqalında yanan azyaşlı xəstəxanada ölüb

Bərdədə yanıq xəsarətləri alan azyaşlı xəstəxanada ölüb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Alaçadırlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, çərşənbə tonqalına yıxılaraq yanıq xəsarətləri aldığı deyilən 2019-cu il təvəllüdlü Nicat Qurbanzadə Bakıda yerləşdirildiyi xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol