Menu

Konqresin respublikaçı üzvlərindən Trampa çağırış – Ukrayna ilə bağlı

08.03.2025, 12:23
Konqresin respublikaçı üzvlərindən Trampa çağırış – Ukrayna ilə bağlı

ABŞ-də Konqresin respublikaçı üzvləri ölkə Prezidenti Donald Trampı Ukraynaya Amerikanın kəşfiyyat və hərbi dəstəyini bərpa etməyə çağırıblar.

“AzPolitika” xəbər verir ki, bunu “The Hill” nəşri Konqresdəki mənbələrə istinadla yazıb.

Məlum olduğu kimi, martın 4-də Tramp Kiyevə bütün hərbi yardımı dayandırıb.

Respublikaçı senatorlar xəbərdarlıq ediblər ki, bu cür dəstəyin uzun müddət dayandırılması Ukraynanın döyüş meydanındakı imkanlarını zəiflədəcək, Kiyevin Moskva ilə danışıqlarda təsir rıçaqlarını sarsıdacaq.

Eyni zamanda, konqresmenlər etiraf ediblər ki, Ukraynaya silah tədarükünün müvəqqəti dayandırılması NATO üzvü olan ölkələrə Kiyevə dəstək verməyə töhfələrini artırmaq üçün təzyiq göstərmək üçün faydalıdır. Nəşrin mənbələri hesab edir ki, dondurulma həm də Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə sülh sazişi üzrə danışıqlar üçün pəncərə yaratmağa kömək edəcək.

Bununla belə, konqresmenlərin fikrincə, ABŞ Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsini dərhal bərpa etməlidir.

“AzPolitika”

Şərhlər

Eli 2025-03-08 13:31:15

Bele görünür ki,dövlet başçılarının siyasetle meşğul olmaları onlatın “Kişi sözü” nü tutmalarına mane olur ,yeni kişi bilib inandıpın lexs beş deqiqeye millionların taleyine tüpüren bir Fahişeye çevrıle bilir ve buna da Siyaset deyirler.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol