Menu

ABŞ və Rusiya Ukraynadakı müharibə ilə bağlı görüşlər keçirəcək - TRAMP

12.03.2025, 00:00
ABŞ və Rusiya Ukraynadakı müharibə ilə bağlı görüşlər keçirəcək - TRAMP

ABŞ və Rusiya martın 11-12-də Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllinə dair görüşlər keçirəcək.

“Report” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Söhbət tam atəşkəsdən gedir. Ukrayna buna razılıq verib, ümid edirəm ki, Rusiya da razı olacaq. Biz onlarla (Rusiya - red.) bu gün və sabah görüşməyə hazırlaşırıq. Ümid edirəm ki, razılıq əldə olunacaq. Bu atəşkəs çox vacibdir", - Tramp bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol