Gürcüstan məhkəməsiölkənin sabiq prezidenti Mixail Saakaşvilini növbəti həbs cəzasına məhkum edib.
“AzPolitika” xəbər verir ki, hakimlər siyasətçini xüsusilə külli miqdarda büdcə vəsaitlərini qanunsuz mənimsəməkdə ittiham edərək 9 il müddətinə azadlıqdan məhrum edib.
Məhkəmə Saakaşvili ilə yanaşı Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Teymuraz Canaşiyanı təqsirli bilib. İttiham tərəfi iddia edib ki, onlar öz vəzifə səlahiyyətlərindən istifadə edərək 9 milyon laridən (3 milyon dollardan çox) çox pul mənimsəyiblər.
İstintaqın məlumatına görə, eks-prezident bu pulları şəxsi ehtiyaclarına – dəbdəbəli geyim, kosmetik prosedurlar, avtomobil kirayəsi, oğlunun təhsili və digər işlərə xərcləyib. Həmçinin Canaşiya 300 min lari (təxminən 100 min dollar) cərimələnib.
Saakaşvili artıq həbsdədir və daha iki cinayət ittihamı üzrə 6 illik cəza çəkir. Yeni hökm onun ümumi həbs müddətinin artırılması deməkdir. Cəza müddəti onun Gürcüstana gizli qayıtdıqdan sonra həbs olunduğu 2021-ci ildən başlayır.
"AzPolitika.info"


Şərhlər
Hemişe Zindana dönübdüe Veten özünün en Böyük Oğullarına.Bir rus agenti bir xalqı üçün canından keçenin taleyini hell edir .Dağıl ay Dünya viran ol.