Menu

Davudoğlunun erməni müşavirindən növbəti qalmaqallı açıqlama

16.12.2014, 15:32
Davudoğlunun erməni müşavirindən növbəti qalmaqallı açıqlama

Türkiyə baş nazirinin erməni əsilli müşaviri Etyen Mahçupyan növbəti dəfə qalmaqallı açıqlama verib.

"Trend" xəbər verir ki, Mahçupyan Türkiyə rəhbərliyinin hakim dairələrdə baş verən rüşvət qalmaqalını axıra qədər ört-basdır edə bilməyəcəyini qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Mahçupyan Kürd Fəhlə Partiyasının (PKK) lideri Abdullah Öcalanı güclü lider adlandırıb. Deyib ki, Türkiyədə 10 il ərzində A.Öcalan barədə fikir dəyişib.

Daha əvvəl isə Mahçupyan “hakim partiyada rüşvət alanlar var” deyə açıqlama vermişdi.

Qeyd edək ki, erməni əsilli jurnalist E.Mahçupyan bu vəzifəyə oktyabrın 25-də təyin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol