Sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb.
"Report"un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, açıq qalan iki maddə üzrə Ermənistan Azərbaycan tərəfinin təkliflərini qəbul edib. Artıq Ermənistan son açıq qalan iki maddəni qəbul etdiyini Azərbaycana çatdırıb.
“Mətn üzrə işlər yekunlaşıb. Sonrakı mərhələdə artıq Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Əlavə olaraq Minsk qrupu və onun qalıqlarının da ləğv olunması həyata keçirilməlidir”- C.Bayramov deyib.

Şərhlər