Menu

“Biz düzgün həll yolu tapmaq, dinc yanaşı yaşamaq üçün çalışırıq” – Ərdoğanın baş müşaviri

13.03.2025, 22:34
“Biz düzgün həll yolu tapmaq, dinc yanaşı yaşamaq üçün çalışırıq” – Ərdoğanın baş müşaviri

“Biz Azərbaycanla Ermənistan arasında gedən prosesləri, sülh müqaviləsi məsələsini diqqətlə izləyirik və müvafiq addımlar atırıq”.

“AzPolitika” xəbər verir ki, bunu Türkiyə Prezidenti R.T.Ərdoğanın baş müşaviri Akif Kılıç Azərbaycanla Ermənistan arasında sülh layihəsinin razılaşdırılmasına münasibət bildirərəkən deyib.

“Biz Ermənistanla müzakirələr aparırıq. Azərbaycan, Türkiyə və Ermənistanın təmsil olunduğu beynəlxalq strukturlar var. Biz düzgün həll yolu tapmaq, birlikdə irəliləmək və dinc yanaşı yaşamaq üçün çalışırıq”, - o vurğulayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol