ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyanın ən böyük banklarına, Milli Klirinq Mərkəzinə və Mərkəzi Banka təsir edən enerji ödənişləri üzrə sanksiyaların dondurulması qərarını uzatmayıb. Qərar Ukraynada atəşkəs danışıqları fonunda qəbul edilib.
Rusiyanın enerji sektoruna qarşı sərt sanksiyalar keçmiş prezident Co Baydenin administrasiyası tərəfindən yanvarın 10-da tətbiq edilib . Martın 12-dək qüvvədə olan istisna enerji resursları üçün ödənişləri Vneşekonombank, Sberbank, Otkritie Bank, VTB, Sovcombank, Alfa-Bank, Rosbank, Zenit Bank və Bank Sankt-Peterburq, habelə Rusiya Bankının strukturları vasitəsilə həyata keçirməyə icazə verirdi.
Ağ Evi işıqlandıran “Fox”-un jurnalisti Edvard Lourens X sosial şəbəkəsində anonim mənbəyə istinadən bildirib ki, Rusiya bankları üçün istisnanın uzadılmaması qərarı Ukrayna ilə danışıqlar prosesi ilə bağlı Rusiyaya təzyiqin bir hissəsi kimi qəbul edilib.
Bu məlumat rəsmi təsdiqini tapmayıb. ABŞ Maliyyə Nazirliyindəki mənbə də “Reuters” agentliyinə lisenziyanın uzadılmadığını təsdiqləyib .
Bundan əvvəl ABŞ Prezidenti Rusiya iqtisadiyyatına qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu bəyan edib. Martın 7-də Tramp “Truth” sosial şəbəkəsində yazıb ki, bu, Moskvanı Ukraynada sülh əldə etməyə sövq etmək üçün ediləcək.
"Rusiya və Ukrayna, çox gec olmadan dərhal danışıqlar masasına əyləşin!" — ABŞ Prezidenti tərəfindən yazılmışdır.
“AzPolitika.info”
***
ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyanın neft, qaz və bank sektorlarına qarşı əlavə məhdudiyyətlər tətbiq edir.
APA xəbər verir ki, bu barədə “CBS” telekanalı mənbələrə istinadən məlumat yayıb.
“Tramp administrasiyası Rusiyanın neft, qaz və bank sektorlarına əlavə məhdudiyyətlər tətbiq edərək, Rusiyanın ABŞ-nin ödəniş sistemlərinə çıxışını daha da məhdudlaşdırır”, - məlumatda deyilir.
Qeyd olunur ki, məhdudiyyətlərin gücləndirilməsi həm də ABŞ administrasiyasının Moskvanı Rusiyanın Ukraynaya qarşı müharibəsində təklif olunan 30 günlük atəşkəslə razılaşmağa inandırmaq cəhdi ilə bağlıdır.


Şərhlər