Menu

Ərzaq məhsulları bahalaşıb - RƏSMİ

16.12.2014, 16:38
Ərzaq məhsulları bahalaşıb - RƏSMİ

Azərbaycanda ərzaq məhsullarının bahalaşması rəsmən təsdiqlənib. Lent.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ay istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,1 faiz, on bir ay ərzində keçən ilin müvafiq dövrünə nisbətən isə 1,5 faiz bahalaşıb.

Ötən ay ərzaq məhsullarının qiymətləri 0,2 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri isə əvvəlki ayla eyni səviyyədə qalıb. İlin əvvəlindən keçən vaxt ərzində ərzaq məhsullarının qiymətləri 1,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,5 faiz, xidmət tarifləri isə 0,4 faiz bahalaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol