Böyük Britaniya ilk dəfə Azərbaycanda hərbi attaşe təyin edib.
Diplomatik nümayəndəlikdən “Report”a bildirilib ki, bu vəzifəyə Gevin Tarbard təyin edilib.
"Biz Gevin Tarbardın təyin olunmasını elan etməkdən məmnunuq. Bu, Britaniya-Azərbaycan tərəfdaşlığının güclənməsini vurğulayan tarixi bir addımdır və müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni imkanlar açacaq", - diplomatik nümayəndəlikdən bildirilib.


Şərhlər
Ən geci BP ilə Əsrin kontraktı üzrə işə başlanandan BBnın Hərbi (mühafiizə) nümayəndəliyi ölkəmizdə olmalı deyildimi? Neft gəlirləri dünyanın ilk neft akadem-institutunu, ekologiyanı yetəri maliyyələşdirməsə də, heç olmazsa mühafizəyə təminat yaratmalı deyildimi?