Menu

Moskva bir həftədə ikinci dəfə vuruldu – Şəhərdə partlayışlar baş verib, hava limanı bağlanıb

14.03.2025, 10:02
Moskva bir həftədə ikinci dəfə vuruldu – Şəhərdə partlayışlar baş verib, hava limanı bağlanıb

Moskva şəhəri və eyni adlı vilayəti bir həftə ərzində ikinci dəfə pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Həlak olanlar barədə hələlik məlumat yoxdu.

Moskva meri Sergey Sobyanin deyib ki, hava hücumundan müdafiə sistemləri paytaxta doğru uçan dörd pilotsuz təyyarənin hücumunu dəf edib. Onların qalıqlarının düşdüyü yerdə mütəxəssislər işləyir.

Şahidlərin sözlərinə görə, Moskvanın cənub kənarındakı "Yujnaya Bitsa" yaşayış kompleksinin ərazisində partlayış baş verib. Balaşixada da partlayışlar olub və yerli sakinlər həyətdə dron parçası aşkar ediblər. Moskvada dron hücumundan sonra boşaldılan binanın damında yanğın başlayıb .

Həmçinin Doroqomilovo ərazisində yaşayış binasında partlayış baş verməsi barədə məlumat yayılıb. Bundan əvvəl Moskvanın Vnukovo hava limanının reyslərin göndərilməsini və qəbulunu dayandırdığı məlum olub.

Martın 11-də Ukrayna PUA-ları Moskva və Moskva vilayətinə misli görünməmiş hücum həyata keçirib. 90-dan çox pilotsuz uçan aparatın hücumuna məruz qalan Moskva vilayətində 3 nəfər həlak olub. Ümumilikdə hücumda üç yüzdən çox dron iştirak edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol