2026-cı ildə mövcud ali təhsil müəssisələrinin bazalarında 2 tədqiqat universiteti yaradılacaq. Bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Qeyd edilib ki, tədqiqat universiteti statusunun verilməsi ilə bağlı tələblər 2017-ci ildə Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 610 nömrəli Qərarı ilə təsdiqlənib. Hazırda beynəlxalq təcrübə əsasında həmin tələblərin yenilənməsi ilə bağlı müvafiq işlər aparılır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası"na əsasən 2026-cı ildə mövcud ali təhsil müəssisələrinin bazalarında 2 tədqiqat universitetinin yaradılması nəzərdə tutulur.
Elmi-tədqiqat institutları və ali təhsil müəssisələrinin qarşılıqlı fəaliyyətinin təşkili, mövcud problemlərin və həll yollarının birgə müəyyənləşdirilməsi, universitetlərin beynəlxalq reytinq göstəricilərinin yüksəldilməsi, onların elmi-tədqiqat mərkəzlərinə çevrilməsi əsas məqsədlər kimi müəyyən edilib. Bu istiqamətdə bir sıra elm və ali təhsil müəssisələri arasında anlaşma memorandumu imzalanıb.//APA


Şərhlər
Ali təhsilin təşkili ilə ciddi məşğul olmaq vacibdir.Səviyyəsiz,bazası olmayan "universitetlərdə ciddi ixtsaslar üzrə doplom payıanması,əsassız yerə ixtisaslar üzrə qəbul sayınn atrtırılması səbəbilə diplomlu gənclərin uşsiz qalması.universitetlərdə təhsilin səviyyəsi təşkili ilə məşğul olmadan bir çox sayda gənci təhsilə cəb edib .diplomlu işsizlət ordusunun yaradılması Azərbaycana nə verir?Nazirlər Kabinəsində təhsilin bu günkü vəzittəyyyəti araşdırılıb lazımı qərar qəbul edilibmi? Ona görə Azərbaycana təhsil bəzi işbazların alver məkanına çevrilib.