Menu

Bəşir Süleymanlı və Altay Məmmədli həbs edildi - Yenilənir

14.03.2025, 21:48
Bəşir Süleymanlı və Altay Məmmədli həbs edildi - Yenilənir

“Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı həbs edilib.

“Qafqazinfo”nun məlumatına görə, o, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində cinayət məsuliyyətinə cəlb edilib.

B.Süleymanlı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib.

“Seçki Müşahidə” Alyansının rəhbəri Məmməd Məmmədzadə və Altay Məmmədli də cinayət məsuliyyətinə cəlb edilib.

A.Məmmədli barəsində 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib. Birazdan M.Məmmədzadə barəsində qərar veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol