Menu

Yeniyetmə qız dəm qazından zəhərlənib

15.03.2025, 18:09
Yeniyetmə qız dəm qazından zəhərlənib

Samuxda zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosun məlumatına görə, hadisə rayon ərazisində baş verib.

Belə ki, rayon sakini 2008-ci il təvəllüdlü G.Məmmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal yeniyetməyə yardım edilib. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.

Məlumata görə G.Məmmədova yaşadığı evin vanna otağında zəhərlənib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol