ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirmək planı ABŞ və Danimarka arasında müharibəyə gətirib çıxara bilər.
“AzPolitika” xəbər verir ki, bunu danimarkalı deputat və müdafiə komitəsinin sədri Rasmus Jarlov deyib.
Jarlov bildirib ki, Kopenhagenin Qrenlandiyanı ABŞ-yə verməsindən söhbət gedə bilməz.
“Bu, iki NATO ölkəsi arasında müharibə demək olardı. Çünki Qrenlandiyanın ABŞ-yə verilməsi yalnız onun işğalından sonra baş verə bilər”, - deyə o, qeyd edib.
“AzPolitika.info”

Şərhlər