Menu

"İRƏVAN TÜRK ŞƏHƏRİ OLUB" - Jurnalistin İrəvanda dediyi sözlər erməniləri qəzəbləndirdi + VİDEO

18.03.2025, 12:43
"İRƏVAN TÜRK ŞƏHƏRİ OLUB" - Jurnalistin İrəvanda dediyi sözlər erməniləri qəzəbləndirdi + VİDEO

Məlum olduğu kimi 10-13 mart tarixlərində Ermənistan hökumətinin təşəbbüsü ilə Türkiyənin bir neçə media qurumu İrəvana səfər edib və burada Nikol Paşinyandan müsahibə alıb.

“AzPolitika” xəbər verir ki, İrəvana səfər edən jurnalistlər arasında “CNN TÜRK”-ün xəbər müdüri İdris Arıkan da olub.

Jurnalist səfər çərçivəsində ölkənin mövcud vəziyyəti, Azərbaycan ilə münasibətləri və Türkiyə ilə normallaşma prosesini araşdırıb və "Abluka Altındaki Ülke: Ermenistan'da Ne Konuşuluyor?" başlıqlı reportaj hazırlayıb.

Arıkan reportajında Ermənistanın 3 milyonluq əhalisinin demoqrafik problemlərlə üzləşdiyini və doğum nisbətinin azalmasının ölkənin gələcəyinə təsir edə biləcəyini vurğulayıb. O, həmçinin Ermənistanın yalnız İran və Gürcüstanla sərhədlərinin açıq olduğunu, bunun da iqtisadiyyata mənfi təsir etdiyini qeyd edib.

Türkiyə ilə Ermənistan arasındakı münasibətlərə toxunan Arıkan, Ermənistanın saxta soyqırım iddialarından və bu iddiaların ikili münasibətlərə mənfi təsirlərindən danışıb.

Jurnalist İrəvanın tarixi haqqında bəzi məqamlara da toxunub. O, reportajında İrəvanın keçmişdə türk şəhəri olduğunu və şəhərdəki Cümə Məscidinin Azərbaycan xalqına məxsus olduğunu bildirib.

Qeyd edək ki, türk jurnalistin həqiqətləri əks etdirən reportajı sosial şəbəkələrin erməni seqmentində birmənalı qarşılanmayıb. 

"AzPolitika.info"

Şərhlər

Bəhrami 2025-03-18 13:30:30

*CNN Türk*ün dünya aləmi və rəsmi Bakı üçün zəruri bilğisi hazırkı (dövrün) İrəvanlıların buraya gəlmə və qərbdən Həştərxana, Aşağı Novqoroddan Urmiyaya qədər əski (Qafqaz türkiyəsinin) Azərbaycan ili haqqında bilgiləri, mövqeləri daha zəruridir!? Silinən, məhv edilən tarixdən nə desinlər???

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol