Menu

Tramp Ukraynaya əlavə HHM vasitələrinin tədarükünə razılıq verib

19.03.2025, 22:48
Tramp Ukraynaya əlavə HHM vasitələrinin tədarükünə razılıq verib

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskinin əlavə hava hücumundan müdafiə (HHM) sistemləri tələbinə müsbət cavab verib.

"Report" xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

O, qeyd edib ki, Zelenski əlavə hava hücumundan müdafiə sistemləri, xüsusən də "Patriot"ların göndərilməsini istəyib.

"Ukraynaya müdafiə baxımından kəşfiyyat məlumatlarının verilməsi davam edəcək", - Levitt bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol