Rusiyanın xarici işlər naziri Lavrov Fransanın “France 24” televiziyasına deyib ki, “Ukraynanın şərqində ikinci Krım olmayacaq”. “Rusiya Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Donetsk və Luqansk üçün federallaşma və ya muxtariyyət tələb etmir”.
Lavrovun fikrincə, bunu ukraynalıların özü seçməlidir.
Lavrov deyib ki, muxtariyyət və mərkəzsizləşdirmə sözlərini Fransa prezidenti Hollande də işlədib. Muxtariyyətdən Avropa Birliyinin xarici siyasət rəhbəri Mogerini də danışıb.
Lavrovun sözlərinə görə, ABŞ Dövlət katibi John Kerry də bir dəfə ona deyib ki, niyə onlar “məhdud muxtariyyət” vermirlər. /AzadlıqRadiosu


Şərhlər