Menu

İstanbul Böyükşəhər Bələdiyyəsinin binası ətrafındakı yollar bağlanıb

21.03.2025, 17:11
İstanbul Böyükşəhər Bələdiyyəsinin binası ətrafındakı yollar bağlanıb

İstanbul Böyükşəhər Bələdiyyəsinin binasının yerləşdiyi Saraçhane ətrafındakı yollar bağlanıb.

APA-nın xəbərinə görə, bu barədə İstanbul valiliyi qərar verib.

Saraçhane ətrafındakı yollar yerli vaxtla saat 14.00-daq 1 günlüyünə nəqliyyatın hərəkəti üçün bağlanıb.

Qeyd edək ki, bundan əvvəl İstanbul valiliyi 19-23 mart tarixlərində şəhərdə bütün aksiya və nümayişlərə qadağa qoymuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol