Menu

İmamoğlu və digər 91 şübhəlinin dindirilməsi başa çatıb - YENİLƏNİB

23.03.2025, 08:52
İmamoğlu və digər 91 şübhəlinin dindirilməsi başa çatıb - YENİLƏNİB

İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) ilə bağlı aparılan korrupsiya araşdırması çərçivəsində 89 şübhəli haqqında həbs tələbi irəli sürülüb.

APA xəbər verir ki, “Milliyet” qəzeti məlumat yayıb.

Əsas ittihamlar:

5 şübhəli: Cinayətkar təşkilat qurmaq və idarə etmək, rüşvət almaq, mənimsəmə, şəxsi məlumatları qanunsuz əldə etmək və tender saxtakarlığı. 

84 şübhəli: Cinayətkar təşkilata üzv olmaq, rüşvət almaq və rüşvət vermək. Araşdırmanın detalları:

İstanbul Baş Prokurorluğu tərəfindən İBB sədri Əkrəm İmamoğlu və 99 şübhəli haqqında cinayətkar təşkilatın rəhbəri olmaq, cinayətkar təşkilata üzv olmaq, mənimsəmə, rüşvət, dələduzluq, şəxsi məlumatları qanunsuz əldə etmək və tender saxtakarlığı ittihamları ilə araşdırma başladılıb. Bundan əlavə, İmamoğlu, İBB Baş katibinin müavini Mahir Polat, Şişli Bələdiyyə sədri Resul Emrah Şahan da daxil olmaqla 7 şübhəli haqqında PKK/KCK terror təşkilatına yardım etmək ittihamı ilə də araşdırma aparılır.

Məhkəmə prosesi:

Polisdəki əməliyyatlarının ardından Çağlayandakı İstanbul Məhkəməsinə göndərilən şübhəlilərin ifadələrinin alınması tamamlanıb. Korrupsiya araşdırması ilə bağlı 5 şübhəli "cinayətkar təşkilat qurmaq və idarə etmək", "tender saxtakarlığı", "rüşvət almaq", "mənimsəmə" və "şəxsi məlumatları qanunsuz əldə etmək" ittihamları ilə növbətçi məhkəməyə göndərilib. Prokurorluq, 84 şübhəli haqqında isə "cinayətkar təşkilata üzv olmaq", "rüşvət almaq" və "rüşvət vermək" ittihamları ilə həbs tələbi irəli sürüb. Şübhəlilərin hakimlik əməliyyatlarına başlanılıb.

*** 

İstanbul Böyülşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu və digər 90 şübhəlinin prokurorlar qarşısında ifadələri başa çatıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğu ifadələrin alınmasından sonra həbs etmə tələbi ilə Ə. İmamoğlunu məhkəməyə göndərib.

Qeyd edək ki, Ə. İmamoğlu və ittiham edilən digər 90 şəxsin işinə 12 hakim baxacaq. Onların ifadələrində isə 34 prokuror iştirak edib.

***

İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu və digər 90 şübhəli iki istintaq üzrə prokurorlar qarşısında dindirilir.

Bu barədə "Report" "Haber Global"a istinadən xəbər verir.

Şübhəlilərdən ifadə almaq üçün 30 prokuror təyin edilib. Dindirilmə başa çatdıqdan sonra onlar iş materiallarının məhkəməyə verilməsi ilə bağlı qərar verəcək və məhkəmə növbəti həbs-qətimkan tədbirini seçəcək.

Qeyd edək ki, Əkrəm İmamoğlu PKK terror təşkilatı ilə əməkdaşlıq, korrupsiya və rüşvət maddələri ilə ittiham edilir.

***

İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və digər 91 şübhəli dindirilmək üçün Çağlayandakı Ədliyyə Sarayına gətirilib.

Bu barədə "Report" "Haber Global"a istinadən xəbər verir.

Prosedura uyğun olaraq, həmin şəxslər prokurora ifadə verməlidirlər. O, öz növbəsində iş materiallarının məhkəməyə verilməsi ilə bağlı qərar verəcək və məhkəmə növbəti həbs-qətimkan tədbirini seçəcək.

Qeyd edək ki, Əkrəm İmamoğlu PKK terror təşkilatı ilə əməkdaşlıq, korrupsiya və rüşvət maddələri ilə ittiham edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol