Menu

UEFA Millətlər Liqası: Gürcüstan millisi Ermənistan yığmasını 6:1 darmadağın edib

23.03.2025, 20:16
UEFA Millətlər Liqası: Gürcüstan millisi Ermənistan yığmasını 6:1 darmadağın edib

UEFA Millətlər Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilir.

Apasport.az xəbər verir ki, günün ilk matçında Gürcüstan millisi Ermənistanı qəbul edib.

Görüşə yaxşı başlayan ev sahibləri ilk 35 dəqiqədə rəqib qapısına 5 top vurublar.

Oyun gürcülərin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, ilk oyunda da Gürcüstan millisi Ermənustan yığmasını İrəvanda 3:0 məğlub etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol