Menu

"Hər şey sənin üzündən oldu" - Çankayada Kılıçdaroğluna böyük şok + VİDEO

24.03.2025, 11:44
"Hər şey sənin üzündən oldu" - Çankayada Kılıçdaroğluna böyük şok + VİDEO

Türkiyənin əsas müxalif partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Kamal Kılıçdaroğlu CHP-nin növbəti seçkilərdə prezidentliyə namizədi müəyyən etmək üçün təşkil etdiyi ilkin seçkilərdə səs verib.

"AzPolitika" xəbər verir ki, Kılıçdaroğlu Çankayada səs verib, oradan uzaqlaşan zaman etirazla üzləşib.

Belə ki, CHP-li bir qadının ona "Sənin üzündən oldu. Ölkəni bu vəziyyətə sən gətirdin" deyə qışqırdığı görülüb.

Keçmiş CHP sədri etirazların ardından dərhal avtomobilinə minərək oradan uzaqlaşıb. Kılıçdaroğlunun ayrılığının ardından ərazidəki CHP-lilər arasında mübahisə yaşanıb.

Həmin anları təqdim edirik:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol