Rusiya və ABŞ nümayəndələri arasında Ər-Riyadda aparılan danışıqlar başa çatmaq üzrədir.
APA xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin məlumat verib.
***
Rusiya və ABŞ arasında Ər-Riyaddaлж (Səudiyyə Ərəbistanı) məsləhətləşmələr ikinci qısa fasilədən sonra yenidən başlayıb.
“Report” xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, tərəflər arasında danışıqlar artıq altı saatdan çoxdur davam edir.
***
Ər-Riyadda Rusiya- ABŞ ekspert məsləhətləşmələri başlayıb.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, Moskvanı Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda təmsil edir.
Tərəflərin xüsusilə 2022-ci ilin iyulundan 2023-cü ilin iyuluna qədər fəaliyyət göstərən "Qara dəniz təşəbbüsü" və ya "taxıl sazişi" kimi tanınan sənədin mümkün bərpası perspektivlərini müzakirə edəcəkləri gözlənilir.
Bundan əvvəl Ər-Riyadda ABŞ tərəfi ilə Ukrayna nümayəndələri arasında danışıqlar keçirilib. ABŞ-nin Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq daha əvvəl bildirmişdi ki, Səudiyyə Ərəbistanının paytaxtında Vaşinqton münaqişənin həlli məsələsində Rusiya və Ukrayna nümayəndələri arasında dolayı danışıqlar keçirmək niyyətindədir.

Şərhlər