Menu

Ermənistan hökumətinə Aİ-dən məsləhətçilər təyin olunub

24.03.2025, 14:50
Ermənistan hökumətinə Aİ-dən məsləhətçilər təyin olunub

Ermənistan hökuməti və bir sıra nazirliklərdə Avropa İttifaqı ilə Genişləndirilmiş və Hərtərəfli Tərəfdaşlıq Sazişinin (CEPA) həyata keçirilməsi ilə əlaqədar məsləhətçilər təyin edilib.

APA-nın xəbərinə görə, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovanisyan parlamentdə çıxışında bildirib.

Qeyd edilib ki, Avropa İttifaqından yüksək rütbəli məsləhətçi artıq Ermənistana ezam olunub, Fransa 5 müxtəlif nazirliyə məsləhətçilər göndərib. Eyni zamanda digər ölkələrdən ekspertlərin dəvət edilməsinin mümkünlüyü nəzərdən keçirilir.

Paruyr Ovanisyan qeyd edib ki, yaxın aylardan Avropa İttifaqı ilə danışıqların gündəliyinə dair yeni sazişin imzalanması planlaşdırılır. Bu, Ermənistan-Avropa İttifaqı Tərəfdaşlıq Şurasının iyun ayında keçirilməsi nəzərdə tutulan iclasında imzalana bilər.

Şərhlər

B.Qarabağlı 2025-03-24 17:08:55

Avropa İttifaqı(Aİ) ilə Genişləndirilmiş və Hərtərəfli tərəfdaşlıq işlərinə Azərbaycan daha yaxın və ya birbaşa inteqrator deyilmi? Daha doğrusu, Azərbaycanın əvəzsiz istifadə edilən dəyərinin Aİna (ya CEPAya) üzvlüyünə qiymətləndirilməsi gözlənirmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol