Menu

"Müharibəyə hazırıq..." - İranın xarici işlər naziri

24.03.2025, 21:08
"Müharibəyə hazırıq..." - İranın xarici işlər naziri

İran ABŞ ilə birbaşa danışıqların şərtini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Abbas Əraqçi jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Vaşinqton Tehrana qarşı siyasətini yenidən tənzimləməsə, İran ABŞ ilə birbaşa danışıqlara getməyəcək.

Nazir indiki vəziyyətdə ABŞ ilə birbaşa danışıqları rədd edib: “”Maksimum təzyiq kampaniyası” adlanan və İrana qarşı təkrarlanan təhdidlər Vaşinqtonla danışıqlara getməyi qeyri-mümkün edir. Bu, bizim qəti və aydın siyasətimizdir. ABŞ-nin İrana münasibətində əsaslı dəyişiklik olana qədər birbaşa danışıqlar aparılmayacaq".

“Bizim məqsədimiz milli maraqları və təhlükəsizliyi təmin etməkdir. Güzəştə getməyəcəyik”, - o, əlavə edib.

Nazir, həmçinin ölkəsinin istənilən ssenariyə hazır olduğunu diqqətə çatdırıb: “Əminəm ki, kimsə İrana hücum etmək ağlına belə gəlməyəcək. Çünki onlar bunun nəticələrini bilirlər. Heç bir müharibə olmayacaq. Çünki biz buna hazırıq”.

Şərhlər

Bəhi 2025-03-25 13:58:26

İran da özünə, digər-daha kiçik dövlətlərə göstərilən (aşağı yox?) adekvat münasibət gözləyir.

Kirpi 2025-03-25 12:56:25

Amerikanın bir siyasəti var İmperialist. Onların demokratiyası Tramp kimiləri yetişdirir, Dünyaya demokratiya bir töhfə verə bilməz bir vəziyyət yaranıb Amerikanın quyruğu qapı arasında qalanda müharibə ritorikası ortaya atır . İslam ölkələrinin başına bəla oldu oldu, iraq Əfqanıstan Suriya və s. Amerika idarə olunmaz bir vəziyyətdə irəliləyir ,

Eli 2025-03-24 23:09:51

Bu farsar da ele ermeni ağıldadır başını başlara qoşur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol