“Bunlar təsadüfi turistlər deyil” - Danimarka amerikalıları Qrenlandiyada görmək istəmir


Donald Trampın və ətrafının Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi ideyası Danimarkanı ciddi narahat edir. ABŞ-nin yüksək rütbəli nümayəndə heyətinin Qrenlandiyaya səfəri isə bu narahatlığı daha da artırıb.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Danimarkanın Xarici İşlər naziri Lars Rasmussen ABŞ nümayəndə heyətinin Qrenlandiyaya planlaşdırılan səfərinin narahatlıq doğurduğunu deyib.
"Tamamilə aydındır ki, Qrenlandiya hazırda bu səviyyədə səfəri problemli hesab edir. Ona görə mən də eyni fikirdəyəm", - nazir qeyd edib.
Onun fikrincə, bu səfər “Qrenlandiya ilə ABŞ arasında yaxınlaşma siqnalı” ola bilər: "Bunlar təsadüfi turistlər deyil və bunun arxasında müəyyən bir siqnal var. Bu, Qrenlandiyanı ABŞ-yə yaxınlaşdırmaq üçün diplomatik addımdır. Qrenlandiyada və krallıqda(Danimarkada-red.) buna(səfərə) maraq yoxdur, ona görə də bu, heç də(səfər üçün) uyğun vaxt deyil”.
“AzPolitika.info”
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.