Menu

"Rublun kəskin ucuzlaşması Ukrayna iqtisadiyyatına təsir edəcək" - Yatsenyuk

17.12.2014, 09:19
"Rublun kəskin ucuzlaşması Ukrayna iqtisadiyyatına təsir edəcək" - Yatsenyuk

Rusiyada rublun məzənnəsinin aşağı düşməsi Ukraynanın iqtisadiyyatına mənfi təsir edəcək. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın baş naziri Arseni Yatsenyuk deyib.

“Rusiyada avronun məzənnəsinin 100 rubla çatması ilə baş verən maliyyə fəlakəti, Ukrayna iqtisadiyyatına təsir edəcək... Rusiya, həmişəki kimi, bizə problem yaradır”, deyə Yatsenyuk bildirib.

Bu arada Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib ki, baş nazir Dmitri Medvedevin hökumət üzvləri ilə keçirdiyi toplantıda vəziyyətin normallaşdırılmasına dair tədbirlər hazırlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol