ABŞ-ın sabiq prezidenti Corc Buşun qardaşı Ceb Buş prezidentliyə namizədliyini verəcəyini təsdiqləyib.
ANS PRESS-in məlumatına görə, o, bunu öz facebook səhifəsində bildirib.
“Mən fəal şəkildə Birləşmiş Ştatların prezident postuna namizədliyimin mümkünlüyünü araşdırmaq qərarına gəlmişəm”, - deyə Floridanın sabiq qubernatoru Ceb Buş bildirib.
Ceb Buş böyük Corc Buşun oğlu, kiçik Corc Buşun qardaşıdır. O, respublikaçılar partiyasından 2016-cı il prezident seçkilərində ən potensial namizəd kimi dəyərləndirilir.
Corc Buş öz növbəsində qardaşına dəstək olaraq onun seçkilərdə Hillari Klintona qalib gələcəyini deyir. Ceb Buşun oğıu da siyasətə üz tutub. Hazırda o Texasın torpaq məsələləri üzrə səlahiyyətlisi seçilib.
Qeyd edək ki, bundan əvvəl hər iki Buşun dövründə Birləşmiş Ştatlar İraqla müharibəyə sürüklənib.


Şərhlər