AzPolitika.info-nun məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0.96 dollar ucuzlaşaraq 1 barelə görə 54.97 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.62 dollar ucuzlaşaraq 59.39 dollar olub.
Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən fins.az-a verilən məlumata görə, dekabrın 16-də London əmtəə birjasında keçirilmiş hərraclarda “Azeri Light” markalı neftin 1 barreli 61,91 dollara satılıb. Bu, dekabrın 15-də qeydə alınmış qiymətdən 0,48 dollar azdır.


Şərhlər