Menu

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

17.12.2014, 09:30

rusiya sanksiyaABŞ prezidenti Barak Obama Rusiyaya qarşı yeni sanksiyaları həftəsonuna kimi imzalamağa hazır olacaq.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.

“Mən bunun həftənin sonunadək baş verəcəyini gözləyirəm”, deyə o bildirib.

Qeyd edək ki, ABŞ Konqresi bundan əvvəl “Ukraynada azadlığa dəstək verilməsi haqqında” qanun qəbul edib. Qanun silah və neft sahəsində yüksək texnologiyaların istehsalı ilə məşğul olan Rusiya şirkətlərinə qarşı sanksiyaların genişləndirilməsini, həmçinin, Ukrayna hökumətinə hərbi yardımın göstərilməsini nəzərdə tutur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol