Yüzlərlə fələstinli Qəzzanın şimalında müharibənin sona çatmasını tələb edərək "HƏMAS çıx!" şüarları ilə etirazını bildirib.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu, 2023-cü il oktyabrın 7-də İsrailə hücumu ilə son müharibəni başladan silahlı qruplaşmaya qarşı nadir ictimai etiraz nümayişidir.
Məlumata görə, Qəzzanın şimali ən çox dağıntıya məruz qalan ərazilərdəndir. Sıx məskunlaşmış ərazidəki binaların əksəriyyəti xarabalığa çevrilib və əhalinin çox hissəsi münaqişədən qaçmaq üçün dəfələrlə köçmək məcburiyyətində qalıb.


Şərhlər
Həmas Israilin maliyyələsdirdiyi, fələstinlilərin soyqırımına bəhanə yaradan qruplaşmadır. Bilə-bilə ki, girov götürsələr, on minlərlə fələstinli qətlə yetiriləcək, yenə də bunu etdilər. 50 000 fələstinlini qurban verib bir neçə yüz fələstinli girovlarla dəyişdirmək hansı məntiqə sığır? Fələstinlilər bunu çox gec başa düşüblər.