Menu

HƏMAS-ın mətbuat katibi İsrail zərbəsindən sonra öldürülüb

27.03.2025, 08:56
HƏMAS-ın mətbuat katibi İsrail zərbəsindən sonra öldürülüb

Fələstinin HƏMAS hərəkatının mətbuat katibi Əbdül Lətif əl-Qanua İsrail zərbəsi nəticəsində Qəzza zolağının şimalında ölüb.

“Report” xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” televiziya kanalı məlumat yayıb.

Bildirilib ki, əl-Qanua Cəbaliya şəhərindəki çadır düşərgəsinə zərbə zamanı ölümcül yaralar alıb.

Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında döyüş əməliyyatlarını bərpa edərək, anklavı kütləvi zərbələrə məruz qoyub və bununla da yanvarda müəyyən edilmiş atəşkəs rejimini pozub. İsrail Baş naziri Binyamin Netanyahunun ofisi bunu HƏMAS-ın vasitəçilər və ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoffun danışıqlarda irəli sürdüyü təklifləri rədd etməsi ilə izah edib və əməliyyatın məqsədinin bütün girovların azad edilməsi olduğunu açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol