Menu

Dörd uşaq atası özünü asıb

27.03.2025, 13:54
Dörd uşaq atası özünü asıb

Biləsuvarda intihar hadisəsi baş verib. Dörd uşaq atası özünü asıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Xırmandalı kəndində baş verib.

Kənd sakini 1976-cı il təvəllüdlü Qabil Kazımov səhər saatlarında yaşadıqları evin həyətində olan yem anbarında özünü asaraq intihar edib.

Q. Kazımovun bu addımı atmasına səbəb səhhətində yaranan problemlərin olduğu deyilir.

Qardaşının sözlərinə görə, o, səhhəti ilə əlaqədar işləyə bimirdi. Son vaxtlar ailə ehtiyaclarına görə sıxılırdı: "Ünvanlı dövlət sosial yardımına müraciət etmişdi, müəyyən səbəbdən imtina verilmişdi".

Qeyd edək ki, Q. Kazımov 4 uşaq atası idi.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Müəllim 2025-03-27 23:14:11

Əsl səbəb işsizlik, az maaş.az təqaüd.hakimiyyətin xalqa etinasız münasibəti.məmur özbaşınalığı və bahaçılıq!

ƏNHU 2025-03-27 22:51:55

Günahı Sahil Babayevin üzərinə olsun. Bu gün xalqın Sahil Babayevə gücü çatmaya bilər.Ancaq hansı mərtəbəyə yüksəlirsə yüksəlsin rəiyyətin ahı onu yaxalayacaqdır. ALLAHın zalımdan ÖZ bəndələrinin intiqamını şiddətlə alacağı kəsindir. Hadı Rəcəbli yetim-yesirə qənim kəsildi gedəndə nə apardı ki, sən də nə aparsan.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol