Menu

"Avropa sülh istəmir" - Kreml

28.03.2025, 16:24
"Avropa sülh istəmir" - Kreml

Avropa ölkələrinin Moskvaya qarşı sanksiyaları ləğv etmək istəməməsi onların sülh istəməməsi deməkdir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa İttifaqının belə bir mövqeyinin yenilənmiş taxıl sazişinə mane olub-olmayacağı ilə bağlı suala cavabında bildirib.

Onun sözlərinə görə, Qara dəniz təşəbbüsünün tərkib hissəsi kənd təsərrüfatı məhsulları ilə bağlı hesablaşmalarla məşğul olan Rusiya bankına qarşı sanksiyaların aradan qaldırılmasıdır. "Bu məhdudiyyətlərin mahiyyəti son dərəcə aydındır. Əgər Avropa ölkələri bu yolla getmək istəmirlərsə, bu, o deməkdir ki, onlar sülh yolu ilə getmək istəmirlər, Moskva və Vaşinqtonun sülhə doğru irəliləyiş istiqamətində səyləri ilə birgə hərəkət etmək istəmirlər", - Kreml sözçüsü vurğulayıb

Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb", - Kremlin yaydığı məlumatda qeyd olunub.

Şərhlər

Mirzə 2025-03-28 17:25:54

.80 il keçdikdən sonra, Faşist Almaniyası tərəfindən başlanılan İkinci Dünya müharibəsini 2022-ci ildə Ukraynada başlayan, şəhərləri, kəndləri viran qoyan, dinc əhalini öldürən Rusiya utanmadan sülhdən danışır və başqalarını günahlandırır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol