Qanunsuz söküntü işləri ilə bağlı saxlanılan “Melissa Group” tikinti şirkətinin sahibi Qalib Məmmədova verilən ittiham məlum olub.
"Report" xəbər verir ki, Qalib Məmmədova Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
İttiham öz təsdiqini taparsa təqsirləndirilən şəxs üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Xətai rayon Məhkəməsində Qalib Məmmədovun müdafiəçiləri tərəfindən verilən ev dustaqlığı ilə bağlı vəsatət rədd edilib və onun barəsində 1 ay müddəti həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə iş icraçısı və ekskavotorun sürücüsü Eynullayev Qala Seymur oğluda məsuliyyətə cəlb olunub. Ona da eyni ittihamlar verilib və Xətai rayon Məhkəməsi onun barəsində təqdimat daxil olub. Yaxın vaxtlarda onun da barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılacaq.
Xatırladaq ki, martın 27-də tikinti şirkətinin əməkdaşları Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb. Hadisə nəticəsində ev sakinlərindən xəsarət alanlar olub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaydığı məlumata görə, söküntü işləri müvafiq icazə olmadan aparılıb.
Faktla bağlı söküntü işləri aparan şirkətin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb, cinayət işi açılıb. Eyni zamanda Q.Məmmədov martın 28-si faktla bağlı açılan cinayət işi çərçivəsində saxlanılmışdı.


Şərhlər
Hindistan filmindən fraqmentlərdi, bizdə belə şey mümkün deyil!
Guya salma və arxitektura idarəsinin xəbəri heç nədən yoxdur?
BƏZİ RƏHBƏRLƏR BİLƏRƏKDƏN İNSANLARI DÖVLƏTDƏN NARAZI SALMAĞA ÇALIŞIRLAR.BELƏLƏRİNƏ ƏN AĞIR CƏZA VERİLMƏLİDİR Kİ DİĞƏRLƏRİNƏ DƏRS OLSUN.BELƏ HALLARI QARABAĞ FATEHİ HÖRMƏTLİ PREZDENTİMİZ İLHAM ƏLİYEVƏ XƏYANƏT KİMİ QİYMƏTLƏNDİRİRƏM.
Eşitdiyimə görə, ev sahibinə 700 min manata qədər təklif olunub. O isə 2 milyon manat istəyirmiş.
Mence Edaletli qerardır bu diger özünden razı “Dayısına” arxayın sahibkarların “Qazını qismen” alar bunlar da milleti “qoyun yerine” qoya bilmezler.Ay kişiler qanun var bazar var ,real bazar qiymeti var niye sen Vetendaşın haqqını teyirsen qanunu qoy ırtata o da razı qalsın qalnasaq mehkeme var dah Qoçuluq ne demekdir?