Menu

10 gün əvvəl kanalda batan 17 yaşlı qızın meyiti tapılıb

29.03.2025, 15:06
10 gün əvvəl kanalda batan 17 yaşlı qızın meyiti tapılıb

Bərdədə 10 gün əvvəl kanalda batan 17 yaşlı qızın meyiti tapılıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, martın 19-da kanalda batan Bərdə rayon sakini 2008-ci təvəllüdlü Xəlilova Gülçin Cəfər qızının meyiti Qarabağ kanalında, Qaraqoyunlu kəndi ərazisində aşkarlanıb.

Meyit müayinə üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokrorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol