Azərbaycan ağıllı aviabombaların istehsalına başlayacaq.
SalamNews xəbər verir ki, bu barədə Fəxri Xiyabanda jurnalistlərə müdafiə sənayesi naziri Yavər Camalov bildirib.
Nazir deyib ki, ağıllı aviabombaların istehsalına gələn ildən başlanacaq. Nazir həmçinin qeyd edib ki, Müdafiə Sənayesi Nazirliyi ötən ildə xarici ölkələrə yüz milyon ABŞ dolları dəyərində ixracat həyata keçirib. Hazırda isə Özbəkistan, Misir, Malayziya ilə ixracat istiqamətində danışıqlar aparılır.


Şərhlər