Menu

Məhkəmə Rauf Arifoğlunun "Azadlıq"a qarşı iddiasını icraata götürdü

17.12.2014, 11:53

Rauf A“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “Azadlıq” qəzeti ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət edib.

Məhkəmədən APA-ya verilən məlumata görə, iddia ərizəsi hakim Ayaz Məmmədovun icraatına verilib. İş üzrə məhkəmənin başlanma vaxtı təyin edilməyib.

Qeyd edək ki, bir müddət əvvəl R. Arifoğlu bildirmişdi ki, “Azadlıq” qəzeti ona qarşı davamlı olaraq təhqir kampaniyası apardığı üçün lazımi materiallar toplanaraq məhkəməyə təqdim olunacaq. O, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bəzi funksionerləri və fəalları ilə də bağlı məhkəməyə müraciət edəcəyini söyləyib: “Hələlik yalnız “Azadlıq” qəzetini məhkəməyə verirəm. Daha sonra AXCP funksionerləri və fəallarının sosial şəbəkələrdə haqqımda apardıqları böhtan-təhqir kampaniyası ilə bağlı faktlar da toplanaraq məhkəməyə təqdim olunacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol