Menu

“O, ağıllı oğlandır” – Tramp bu ölkənin liderini təriflədi

01.04.2025, 13:00
“O, ağıllı oğlandır” – Tramp bu ölkənin liderini təriflədi

ABŞ Prezidenti Donald Tramp Şimali Koreyanı "böyük nüvə dövləti" və onun lideri Kim Çen Inı isə “ağıllı oğlan” adlandırıb.

Tramp ABŞ administrasiyası ilə Şimali Koreya arasında əlaqənin olduğunu bildirib və bu ölkə ilə danışıqların bərpa oluna biləcəyini istisna etməyib.

“Siz insanlar bunu eşitməyi xoşlamırsınız, lakin Kim ilə ünsiyyət qurmaq çox vacibdir. Bizim əla münasibətimiz var... O, ağıllı oğlandır. Mən onu çox yaxşı tanıyıram”, - Tramp deyib.

Qeyd edək ki, Tramp əvvəlki prezidentlik dövründə 2018 və 2019-cu illərdə Şimali Koreya lideri ilə danışıqlar aparıb və bu danışıqlar heç bir nəticə verməyib. Prezident Co Baydenin rəhbərliyi altında Birləşmiş Ştatlar Şimali Koreyanın raket və nüvə ambisiyalarını cilovlamaqda da az irəliləyiş əldə edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol