Menu

Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

01.04.2025, 17:40
Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bəzi bölgələrdə aprelin 2-3-də güclü külək əsəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidməti bu barədə sarı və narıncı xəbərdarlıq verib.

Məlumata əsasən Naxçıvan MR, Laçın, Füzuli, Cəbrayıl, Şuşa, Zəngilan, Qubadlı, Gəncə, Samux, Şəmkir, Ağdaş, Tovuz, Ağstafa, Qazax, Neftçala, Salyan, Sabirabad, İmişli, Hacıqabul, Zərdab, Şirvan, Şabran, Siyəzən, Tərtər, Yevlax, Bərdə, Ağdam, Göygöl, Ucar, Kürdəmir, Gədəbəy, Beyləqan, Ağcabədi, Lerik, Yardımlı, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Saatlı, Astara və Qubada qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Kəlbəcər, Daşkəsən, Naftalan, Goranboy, Göyçay, Ağsu, Şamaxı, Qobustan, İsmayıllı, Oğuz, Qəbələ, Şəki, Balakən, Zaqatala, Qax, Mingəçevir, Xaçmaz, Xızı və Qusarda qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol