Menu

Azərbaycanın qeyri-neft məhsullarının əsas alıcıları açıqlanıb - SİYAHI

02.04.2025, 09:42
Azərbaycanın qeyri-neft məhsullarının əsas alıcıları açıqlanıb - SİYAHI

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracın 484,9 milyon dollar təşkil etdiyi açıqlanıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, qeyri-neft sektoru üzrə ixrac illik müqayisədə 6,5% çoxdur.

İlk 2ayda  Azərbaycanın qeyri-neft məhsullarının ixrac edildiyi əsas ölkələr isə bunlardır:

Ölkələr Qeyri-neft ixracının dəyəri
Rusiya 150,7 milyon dollar
Türkiyə 82,8 milyon dollar
Gürcüstan 52,9 milyon dollar
İsveçrə 43,6 milyon dollar
Ukrayna 41,1 milyon dollar
Qazaxıstan 11,9 milyon dollar
Belarus 10,7 milyon dollar
ABŞ 10,2 milyon dollar
İsrail 10 milyon dollar
Almaniya 8,3 milyon dollar

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol