Menu

Myanmadakı zəlzələdə ölənlərin sayı 2900 nəfərə çatıb - VİDEO

02.04.2025, 12:35
Myanmadakı zəlzələdə ölənlərin sayı 2900 nəfərə çatıb - VİDEO

Martın 28-də Cənub-Şərqi Asiya ölkəsi Myanmada baş vermiş 7,7 və 6,4 bal gücündə iki zəlzələ nəticəsində ölənlərin sayı 2900-ə çatıb.

“AzPolitika” xarici KİV-lərə istinadla xəbər verir ki, Myanma Dövlət İnzibati Şurasının məlumat qrupu, yolların parçalandığı və bir çox binanın dağıldığı ölkədə zəlzələ zamanı 4639 nəfərin yaralandığını, 373 nəfərin isə hələ də itkin düşdüyünü açıqlayıb.

Digər tərəfdən, zəlzələ ilə əlaqədar Myanmada bir həftəlik matəm elan edilib.

Hökumət rəsmiləri zəlzələnin ölkədə böyük dağıntılara yol açdığını, eləcə də ölənlərin sayının artaca biləcəyi ilə bağlı narahatlığın olduğunu açıqlayıblar.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol