Menu

Kamal Kılıçdaroğlu CHP sədrliyinə namizəd olacaqmı? – Özü cavab verdi

03.04.2025, 15:16
Kamal Kılıçdaroğlu CHP sədrliyinə namizəd olacaqmı? – Özü cavab verdi

Aprelin 6-da Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) fövqəladə qurultayı keçiriləcək. Yerli media partiyanın keçmiş sədri Kamal Kılıçdaroğlunun sədrliyə yenidən namizəd olub-olmayacağını dartışır.

“Habertürk”ə açıqlamasında Kılıçdaroğlu bildirib ki, namizəd olmaq niyyətində deyil. O, qurultayda iştirak edib-etməyəcəyi barədə suala belə cavab verib: "Bildiyiniz kimi, Qurban bayramı ilə əlaqədar bir müddətdir tətildəyəm. Dəvət gəlibsə, gedəcəm. Ofisdə olmadığım üçün dəvətin gəlib-gəlmədiyi ilə bağlı məlumatım yoxdur. Dəvət gəlsə, bir-iki günə qayıdacam".

Qeyd edək ki, CHP-də keçmiş sədrin tərəfdarları ilə hazırkı sədr Özgür Özəlin qruplaşması arasında dərin fikir ayrılqıları var.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol