Menu

Ermənistanın sabiq prezidenti ilə bağlı istintaq davam edir

04.04.2025, 10:01
Ermənistanın sabiq prezidenti ilə bağlı istintaq davam edir

Ermənistanın sabiq prezidenti Armen Sarkisyanın xarici vətəndaşlığı ilə bağlı iş üzrə ilkin istintaq davam edir.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.

Lakin qurum heç bir təfərrüatı açıqlamayıb.

Daha əvvəl işin Milli Təhlükəsizlik Xidmətindən İstintaq Komitəsinə ötürüldüyü məlum olmuşdu.

Xatırladaq ki, Armen Sarkisyan 2018-2022-ci illərdə Ermənistanın prezidenti olub. 2022-ci ilin yanvarında o, istefa verib və ölkədəki siyasi proseslərə təsir etmək üçün kifayət qədər səlahiyyətlərinin olmadığını bildirib.

İstefa bəyanatından bir gün sonra “Hetq.am” nəşri Sarkisyanın prezident seçilməzdən əvvəl Sent-Kits və Nevis - kiçik Karib dövlətinin vətəndaşlığına sahib olduğu barədə məlumat yayıb.

Nəşrin məlumatına görə, o, bunu 500 min dollar məbləğində investisiya müqabilində əldə edib. Ermənistan Konstitusiyasına görə, xarici vətəndaşlığın olması prezident seçilmək hüququndan məhrum edir.

Şərhlər

B.Qarabağlı 2025-04-04 10:57:24

Cənab Armen Sarkisyan özü, Özünü prezident seçməyib ki? Hər halda 70 kmlik məsafədəki Qarabağda ata-baba ailələrini (1828ci ildə) qəbul edib, məskunlaşdırmış yerli azəri ailələrinə qarşı (1987ci ildən) *Miatsum!* kütləvi-hərbi terror cinayətləri təşkil etmiş R.Köçəriyan və S.Sərkisyana nisbətən ulu-ilahi tanrının daha ədalət seçimi olub! O, anlayıb ki, Ermənistan dövləti nə lazım olduğunu qəbul etmir!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol