Menu

Nazir bu idarəyə yeni rəis təyin etdi

07.04.2025, 20:37
Nazir bu idarəyə yeni rəis təyin etdi

Qarabağ Regional Mədəniyyət İdarəsinə yeni rəis təyinatı olub. APA-nın əldə etdiyi məlumata görə, bu barədə mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.

Əmrə əsasən, Aydın Bəşir oğlu Bəşirov sözügedən idarənin rəisi təyin edilib.

Mədəniyyət Nazirliyi faktı APA-ya təsdiq edib.

Qeyd edək ki, bu vəzifəni Qalib Həsənov icra edirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol