Menu

ABŞ fond birjasında rekord çöküş - Tesla daha böyük zərbə alıb

07.04.2025, 18:16
ABŞ fond birjasında rekord çöküş - Tesla daha böyük zərbə alıb

Nyu-York Fond Birjası aprelin 7-də kəskin enişlə açılıb.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, birjada cəmi iki dəqiqə ərzində əsas indekslər 3%-dən çox ucuzlaşıb.

Bu, son illərin ən kəskin enişlərindən biri olub. İndekslərin kəskin azalması aşağıdakı kimidir: S&P 500 —-3,5% NASDAQ —-4,16% Dow Jones (DIJA) —-3,52% .

Nəhəng şirkətlər daha ağır zərbə alıb: Apple —-6% Nvidia - 7%, Tesla-7,92%. Bu, Tesla üçün rekord düşmədir.

Kəskin eniş fonunda birja qrafiklərində məlumatların vizuallaşdırılması müvəqqəti olaraq dayandırılıb. Sistemlər real vaxt rejimində kotirovkaların göstərilməsini saxlayıb. Bu, ya həddən artıq yüklənmə, ya da panika forması alan satış səbəbindən mümkün texniki nasazlıqları göstərə bilər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol