Menu

Venesuela prezidenti ölkədə fövqəladə iqtisadi vəziyyət elan edəcək

08.04.2025, 08:52
Venesuela prezidenti ölkədə fövqəladə iqtisadi vəziyyət elan edəcək

Venesuela prezidenti Nikolas Maduro ABŞ-nin elan etdiyi ticarət müharibəsi ilə əlaqədar ölkədə fövqəladə iqtisadi vəziyyət elan edəcəyini bildirib.

“Report” xəbər verir ki, bu barədə Venesuela lideri “Venezolana de Televisión” telekanalında çıxışı zamanı bildirib.

Venesuela lideri qeyd edib ki, ölkəsini bütün mümkün mənfi nəticələrdən qorumaq və qlobal iqtisadi müharibəyə cavab vermək üçün ticarət münaqişəsinin mənfi nəticələrini diqqətlə izləyir:

“Sabah mən Venesuela iqtisadiyyatını qorumaq üçün fövqəladə iqtisadi vəziyyət haqqında konstitusiya fərmanını imzalayacağam. ABŞ hökuməti qlobal iqtisadi qaydaları pozur, beynəlxalq ticarəti, iqtisadi qanunları və Dünya Ticarət Təşkilatını məhv edir. Maliyyə bazarlarının çöküşü bütün dünyaya və xüsusən də Amerika xalqına təsir edəcək”.

Şərhlər

ƏNHU 2025-04-08 12:31:52

Venesuela xalqı və bütün dünya ölkələri birləşdisədə yenə bu adama güc çatdıra bilmədi. Və biz məcburuq bu dikburun dikdator haqda deyək ki, -Madura sarsılmazdır, Madura planetdən güclüdür. Yaşasın o.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol