Qazın bahalaşması Ermənistanda ciddi narahatlıq doğurub
Bu gün səhərdən Ermənistan paytaxtında marşrut avtobusları işini dayandırıb.
Onlarla minibus Malatiya-Sebastiya rayonunda yığışaraq tətil elan ediblər. Onlar Ermənistanda qazın bahalaşmasına etiraz edirlər. Yol bağlanıb və rayonda hərəkət dayanıb.
“Biz gediş haqqının artırılmasını tələb etmirik. Qoy yalnız qazın qiymətini aşağı salsınlar, bizə ayrı heç nə lazım deyil. Əyalətlərdə qazın litri 170 dram, İrəvanda isə 230 dramdır. Qaz doldurma stansiyalarında bizə deyirlər ki, bu, dolların bahalaşması ilə bağlıdır. Məgər əyalətlərdə dollar bahalaşmayıb?!”, - deyə sürücülərdən biri soruşub. /anspress
[gallery ids="78854,78855,78856"]


Şərhlər